Allah görür və eşidir - Bəhlul Danəndənin maraqlı mesajı

Allah görür və eşidir - Bəhlul Danəndənin maraqlı mesajı
Yayınlanma tarixi: 16.01.2023 11:47:52

İslamazeri.com-un "Din" rubrikasından...

Sədəqə yoxsuldan öncə Allahın əlinə çatır. Çünki Allah eşidən, bilən və hər bir hadisədən agahdır. Allah insanların həyata keçirmək istədikləri niyyətin belə nədən ibarət olduğunu yaxşı və detalları ilə birlikdə bilir. Quranda buyurulur ki Allah insanla onun qəlbi arasında yerləşir ( və yaxud maneədir).

Hədislərə əsasən dünya da daxil olmaqla bütün kainat Allahın məhzəridir. Bütün hadisələr onun hüzurunda baş verir. Heç nə ona məchil deyil. Hətta insanların gələcəkdə seçimləri və ixtiyar etdikləri belə.

"Bir gün bir nəfər Bəhlul Danəndəyə bir neçə qoz verib deyir ki, ye, mənim üçün də dua et!

Bəhlul qozları alıb yeyir, amma dua etmir.

Həmin şəxs qayıdıb deyir ki, Bəhlul, qozları yedin, nuşi canın, amma dua səsini eşitmədim.

Bəhlul deyir ki, əmin ol, əgər Allah yolunda vermisənsə, Allah özü qozların sınmasının səsini eşidib."

Loğman surəsində buyurulur:

"Həqiqətən, Allah Eşidəndir, Görəndir".

Ənam surəsinin 59-cu ayəsində belə buyurulur:

“Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!

GÜNÜN MANŞETLERİ