Abşeronda yaşayış binasında yanğın olub

Abşeronda yaşayış binasında yanğın olub
Yayınlanma tarixi: 4.01.2023 12:48:14

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, rayonun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 43 m² olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

GÜNÜN MANŞETLERİ