ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib

ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib
Yayınlanma tarixi: 10.01.2023 10:45:56

Amerika Birləşmiş Ştatları (ABŞ) ordusu Suriyada Hasəkə vilayətində yerləşən baza və hərbi məntəqələrə son 3 gündə İraq ərazisi üzərindən 100-ə yaxın avtomobildən ibarət hərbi və logistik gücləndirmə karvanı göndərib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ qüvvələrinə aid əlavə qüvvələr yanvarın 6 və 8-də İraq-Suriya sərhədindəki əl-Valid sərhəd keçid məntəqəsindən keçərək Hasekeyə daxil olub.

ABŞ qüvvələrinin Rumeylan, Şeddadi və Tel Beyder yaşayış məntəqələrindəki baza və hərbi məntəqələrinə çatan 100-ə yaxın avtomobil karvanına zirehli hərbi maşınlar, mazut tankerləri və çoxlu sayda sursat daxil edilib.

Terror təşkilatı PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Suriyanın Hasəkə, Rakka və Deyr əz-Zor əyalətlərində təşkilatın işğalı altında olan bir çox baza və hərbi məntəqələrdə mövcuddur.

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.

GÜNÜN MANŞETLERİ