ABŞ Milli Antiterror Mərkəzinin direktoru İranla müharibəyə görə istefa verdi

ABŞ Milli Antiterror Mərkəzinin direktoru İranla müharibəyə görə istefa verdi
Yayınlanma tarixi: 3/17/2026 10:45:09 PM

Kent, 28 fevraldan bəri davam edən ABŞ-İsrailin İrana qarşı müharibəsi fonunda istefa verən ilk yüksək rütbəli ABŞ rəsmisidir.

İslamazeri.com xəbər verir ki, ABŞ Milli Antiterror Mərkəzinin direktoru Co Kent bu gün, çərşənbə axşamı, ABŞ və İsrailin İrana qarşı apardığı müharibə fonunda vəzifəsindən istefa verdiyini elan edib.

O, "təmiz vicdanla bu müharibəni dəstəkləyə bilməyəcəyini" bildirib.

Prezident Donald Trampa ünvanladığı və "X" platformasında paylaşdığı məktubunda istefa verən amerikalı rəsmi qeyd edib:

"İran millətimiz üçün birbaşa təhdid yaratmırdı və aydındır ki, biz bu müharibəyə İsrailin və onun ABŞ-dakı güclü lobbi qruplarının təzyiqi ilə başlamışıq."

Keçmiş siyasi namizəd və ifrat sağçı qruplarla əlaqəsi olan Kent, ötən ilin iyul ayında Senatda 44 səsə qarşı 52 səslə bu vəzifəyə təsdiqlənmişdi. Milli Antiterror Mərkəzinin rəhbəri kimi o, terror təhdidlərinin təhlili və aşkar edilməsinə cavabdeh idi.

Tramp administrasiyasına qoşulmazdan əvvəl Kent, Vaşinqton ştatında Konqresə keçirilən iki uğursuz seçki kampaniyasında iştirak etmişdi. O, həmçinin ABŞ ordusunda xidmət etmiş, xüsusi təyinatlı qüvvələrin ("Yaşıl Beretlilər") tərkibində 11 missiyada iştirak etmiş və daha sonra Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) çalışmışdır.

Kent, 28 fevraldan bəri davam edən ABŞ-İsrailin İrana qarşı müharibəsi fonunda istefa verən ilk yüksək rütbəli ABŞ rəsmisidir.

GÜNÜN MANŞETLERİ

General: Trampın koalisiyasına qoşulmaq Titanikə bilet almaqdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

General: Trampın koalisiyasına qoşulmaq Titanikə bilet almaqdır

3/17/2026 10:49:26 PM
İsrail Livanda 111 uşağı qətlə yetirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda 111 uşağı qətlə yetirib

3/17/2026 5:30:01 PM