ABŞ-da elektrik şəbəkəsinə hücum: Fövqəladə vəziyyət elan edildi

ABŞ-da elektrik şəbəkəsinə hücum: Fövqəladə vəziyyət elan edildi
Yayınlanma tarixi: 5.12.2022 14:03:04

ABŞ-ın Şimali Karolina ştatının bir qraflığında elektrik şəbəkəsinə hücum edilib. Hücumdan sonra fövqəladə vəziyyət elan edilib.

İslamazeri.com xəbər verir ki, Şimali Karolina ştatının Mur qraflığında elektrik şəbəkəsində atışma olub.

Hücumdan sonra 45 min insan işıqsız qalıb və fövqəladə vəziyyət elan edilib.

Talan və oğurluğun qarşısını almaq məqsədilə rayon ərazisində axşam saat 21-dən səhər saat 5-ə kimi komendant saatı tətbiq edilib.

Hücum edənlər haqqında məlumat paylaşılmayıb.

FTB istintaqı öz üzərinə götürdü.

Bildirilib ki, elektrik şəbəkəsinin təmiri cümə axşamına qədər davam edə bilər.

GÜNÜN MANŞETLERİ