2023-cü ilin 500 ən nüfuzlu MÜSƏLMANI

2023-cü ilin 500 ən nüfuzlu MÜSƏLMANI
Yayınlanma tarixi: 1.11.2022 16:16:49

2023-cü ilin 500 ən nüfuzlu müsəlmanının adı açıqlanıb.

İslamazeri.com xəbər verir ki, müvafiq məlumatı hər il dərc edilən “Muslim 500: The THE WORLD’S 500 MOST INFLUENTIAL MUSLIMS” jurnalı paylaşıb.

Siyahıda ilk üç yerdə, müvafiq olaraq, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül-Əziz Ali-Səud, İran İslam Respublikasının Ali lideri Seyid Əli Xamenei və Qətər əmiri Şeyx Təmim bin Həmad Ali-Tanidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü, İordaniya kralı II Abdullah əl-Hüseyn isə 5-ci yerdə qərarlaşıb.

Böyük mərceyi-təqlid Ayətullah Seyid Əli Hüseyni Sistani 9-cu ən nüfuzlu müsəlman seçilib.

Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullah 21-ci yerdədir.

Yəmənin “Ənsarullah” (“Husilər”) hərəkatının lideri Şeyx Əbdül-Malik əl-Husi bu reytinqdə 31-cidir.

Məşhur futbolçu – Misir millisinin və “Liverpul” komandasının hücumçusu Məhəmməd Salah isə 39-yerdə qərarlaşıb.

İraqın nüfuzlu siyasi liderlərindən biri Müqtəda Sədr 41-ci yerdədir.

Burada böyük mərceyi-təqlidlərdən Ayətullah Cavadi Amoli, Ayətullah Məkarim Şirazi, Ayətullah Cəfər Sübhani, Ayətullah Bəşir əl-Nəcəfi də var.

Həmçinin 500 ən nüfuzlu müsəlmanlar sırasında İran prezidenti Seyid İbrahim Rəisi, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev də var.

Azərbaycandan isə bu reytinqə prezident İlham Əliyev, QMİ sədri Allahşükür Paşazadə, həmçinin xanəndə Alim Qasımovun da adları yer alıb.

Tam siyahı ilə buradan tanış ola bilərsiniz.

GÜNÜN MANŞETLERİ