"Zirə" klubu 800 manat məbləğində cərimələnib.
AFFA İntizam Komitəsi (İK) Azərbaycan Premyer Liqasının XXV turunda yaşananlara hüquqi qiymət verib.
İslamazeri.com xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" klubu 800 manat məbləğində cərimələnib.
Buna "qartallar"ın "Şamaxı" ilə matçda oyun günü planı tələblərini pozması səbəb olub.
Komitə "Səbail"ə 4 000 manat məbləğində cərimə kəsib. "Dənizçilər"in azarkeşləri "Sumqayıt"la görüşdə təhqiramiz ifadələr işlədiblər. "Sumqayıt" isə nümayəndəsinin iclasa gecikməsi ucbatından 800 manat ziyana düşüb.
İK "Səbail"in qırmızı vərəqə almış futbolçusu Qustavo de Fransaya bir oyunluq cəza, kluba 200 manat cərimə tətbiq edib.
"Sabah"ın futbolçusu Anatoli Nuriyev "Kəpəz"lə qarşılaşmada ikinci sarı vərəqəni aldığı üçün bir matçlıq cəzaya məruz qalıb. "Bayquşlar" bunun üçün 200 manat ödəcəyək.
"Kəpəz"in hücumçusu Abdullahi Şuaybu birbaşa qırmızı vərəqə aldığına görə iki oyunluq cəza alıb. Gəncə təmsilçisi bunun üçün 1600 manat ziyana düşüb. Həmin qarşılaşmada "Kəpəz" fanatları hakimləri kütləvi sürətdə təhqir etdikləri üçün klub 4 000 manat ödəməli olacaq.
"Qarabağ" klubu isə 800 manat məbləğində cərimələnib. Buna "Qəbələ" ilə görüşdə 4 oyunçunun sarı vərəqə alması səbəb olub.