Zəngilan Hava Limanında ilk mülki təyyarə reysi

Zəngilan Hava Limanında ilk mülki təyyarə reysi
Yayınlanma tarixi: 22.10.2022 10:58:30

Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.

“İslamazeri.com”-un xəbərinə görə, rayonun Ağalı kəndində keçiriləcək “Zəfər yürüşü” triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan “Khankendi” təyyarəsi yenicə istifadəyə verilmiş Hava Limanına eniş edib.

Bakıdan, Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayan uçuş 45 dəqiqə çəkib.

Qeyd edək ki, “Zəfər yürüşü” torpaqların işğaldan azad edilməsindən sonra vətəndaşların məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnirdir.

GÜNÜN MANŞETLERİ