Zelenski: Taxıl ixracını artırmağa çalışırıq

Zelenski: Taxıl ixracını artırmağa çalışırıq
Yayınlanma tarixi: 9.11.2022 17:40:12

Ukrayna Prezidenti Volodimir Zelenski Qara dəniz taxıl dəhlizi sazişi çərçivəsində taxıl ixracını artırmağa çalışdıqlarını bildirib.

İslamazeri.com xəbər verir ki, Zelenski noyabrın 8-i gecə saatlarında "Telegram" hesabından paylaşdığı videomüraciətində dünyada ərzaq böhranı yaşayan ölkələrə yardım əlini uzatmağa davam edəcəklərini dilə gətirərək deyib:

"Bundan əlavə, taxıl ixracı təşəbbüsünü davam etdirmək və genişləndirmək üçün çalışırıq. Taxıl ixracına daimi humanitar yardımını əlavə edəcəyik. İnkişaf etmiş və ən vicdanlı dövlətlərlə birlikdə, xüsusilə ərzaq böhranı olan ölkələrə və xalqlara yardımı artıracağıq".

V.Zelenski taxıl nəqliyyatını artırmaq üçün fəal işləməyə davam etdiklərini də bildirib.

"Əslində biz tərəfdaşlarımızla yeni səviyyədə qida təhlükəsizliyinin təmin edilməsi üçün əsas ola biləcək əməkdaşlığa başlayırıq", -deyə Zelenski ifadə edib.

GÜNÜN MANŞETLERİ