Zaxarova: ABŞ Konqresinə seçkilərə Tramp müdaxilə edir

Zaxarova: ABŞ Konqresinə seçkilərə Tramp müdaxilə edir
Yayınlanma tarixi: 8.11.2022 21:00:38

"ABŞ Konqresinə seçkilərə Rusiya deyil, ABŞ-ın keçmiş prezidenti Donald Tramp müdaxilə edir"

İslamazeri.com "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Bu, məncə, mövsümi xarakter daşıyır, amma bizdə deyil, onlarda. Ona görə də hər şey onların əlindədir. İstəsələr, bu, bir nömrəli mövzu olacaq. Daha çox istəsələr, ümumiyyətlə, başqa söz olmayacaq. Amerika jurnalistləri yalnız bundan danışacaqlar. Bu klassikadır, yeni bir şey yoxdur", deyə Zaxarova bildirib.
Eyni zamanda o qeyd edib ki, “indi həyatın adi axarını pozaraq, Amerika seçkilərinə Rusiya deyil, Tramp müdaxilə edir”.
"Bu düzgündür - çünki, bu, daxili siyasi məsələdir, nəhayət, amerikalı seçiciləri, demokratları, respublikaçıları narahat edən mövzular haqqında danışmağa başlasınlar. Və nəhayət, Rusiya timsalında xarici faktora işarə etməyi dayandırsınlar", - Zaxarova əlavə edib.
Çərşənbə axşamı ABŞ Konqresinə seçkilər keçiriləcək, Nümayəndələr Palatasındakı 435 yerin hamısı və Senatdakı 100 yerdən 35-i uğrunda mübarizə olacaq. Hazırda hər iki palatada demokratlar çoxluğa malikdir.

GÜNÜN MANŞETLERİ