Zaqatalada yolsuzluq şəraitində qalan həkim briqadasına yardım göstərilib

Zaqatalada yolsuzluq şəraitində qalan həkim briqadasına yardım göstərilib
Yayınlanma tarixi: 9.11.2022 16:03:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunun Sabunçu kəndində təcili tibbi yardım avtomobilinin yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, həkim briqadası Cimcimax kəndinə çağırışa gedərkən yolda qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri təcili tibbi yardım avtomobilini yedəyə alaraq təhlükəsiz əraziyə çıxarıblar. Həmçinin çağırışa tələsən həkim briqadasının yanğınsöndürmə avtomobili ilə ünvana çatdırılması təmin edilib.

GÜNÜN MANŞETLERİ