Yevlaxda yol qəzası: Maşın kanala aşıb

Yevlaxda yol qəzası: Maşın kanala aşıb
Yayınlanma tarixi: 7.11.2022 10:20:29

Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İslamazeri.com"a verilən məlumata görə, nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ