Yeni orfoepiya normalarında uyğunsuzluqlar aşkarlanıb

Yeni orfoepiya normalarında uyğunsuzluqlar aşkarlanıb
Yayınlanma tarixi: 22.11.2022 18:00:47

Nazirlər Kabinetinin təsdiq etdiyi sonuncu orfoepiya normalarında (18 iyun 2021-ci il) uyğunsuzluqlar aşkarlanıb.

İslamazeri.com xəbər verir ki, bununla əlaqədar AMEA Nəsimi adına Dilçilik İnstitutunda Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirə keçirilib.

Müzakirədə Dilçilik İnstitutunun alimləri, əməkdaşları, həmçinin orta məktəb müəllimləri, eləcə də media mənsubları iştirak edib.

Müzakirələrdə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş sonuncu orfoepiya normalarında nöqsanların aşkar olunduğu məlum olub. Bu uyğunsuzluqlar ətrafında müzakirələr aparılıb.

Yekun olaraq, nöqsanlarla bağlı təkliflərin Nazirlər Kabinetinə təqdim edilməsi razılaşdırılıb.

GÜNÜN MANŞETLERİ