Yasamalda qəza olan ərazidə təmizlik işləri aparılır

Yasamalda qəza olan ərazidə təmizlik işləri aparılır
Yayınlanma tarixi: 26.10.2022 11:40:22

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.

Bakı Şəhər İcra Hakimiyyətindən "İslamazeri.com"a verilən xəbərə görə, səhər saatlarından etibarən BŞİH-in xüsusi təyinatlı texnikası, həmçinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşları dərhal əraziyə gəlib və hazırda ərazidə təmizlik işləri aparılır.

Hadisə baş vermiş ərazidə asfalt və səkilər əməkdaşlar tərəfindən yuyulub təmizlənir, işlər hələ də davam edir.

GÜNÜN MANŞETLERİ