Yaponiya Tayvan boğazı yaxınlığındakı adada Patriot raketlərini yerləşdirir

Yaponiya Tayvan boğazı yaxınlığındakı adada Patriot raketlərini yerləşdirir
Yayınlanma tarixi: 5/10/2023 2:01:23 PM

Yaponiya Tayvan boğazı yaxınlığındakı adada Patriot raketlərini yerləşdirir.

Yaponiya Patriot (PAC-3) raketlərini ölkənin cənub-qərbində və Tayvan boğazı yaxınlığında yerləşən Miyako adasına yerləşdirib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu bildirib ki, Yaponiya Hava Özünümüdafiə Qüvvələri (ASDF) Okinava ada əyalətindəki Miyako adasına Patriot raketləri yerləşdirib.

Matsuno yerləşdirilən raketlərin milli təhlükəsizliyi təmin etmək üçün olduğunu və Şimali Koreyanın mümkün uzaqmənzilli ballistik raketlərini hədəf alacağını bildirib.

PAC-3 raketlərinin də eyni bölgədəki İşigaki və Yonaquni adalarına yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, Ölkənin cənub-qərbində yerləşən Okinavanın Miyako, Yonaquni və İşigaki adaları ölkənin Tayvan boğazına ən yaxın bölgəsi kimi tanınır.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM