XİN: ABŞ-ın bu hərəkəti təəssüf doğurur

XİN: ABŞ-ın bu hərəkəti təəssüf doğurur
Yayınlanma tarixi: 7.01.2023 10:14:33

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

Rəsmi Bakı ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsinin (Maykl Karpenter - red) Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənir.

İslamazeri.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb. Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?", - Nazirlik rəsmisi əlavə edib.

Qeyd edək ki, yanvarın 6-da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 26 avtomobil maneəsiz hərəkət edib ki, bu da həmin ərazinin bağlı olmadığını göstərir. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

GÜNÜN MANŞETLERİ