Xəstəlik zamanı bal arıları sosial məsafəyə riayət edirlər

Xəstəlik zamanı bal arıları sosial məsafəyə riayət edirlər
Yayınlanma tarixi: 11/1/2021 3:10:46 PM

London Universitetinin alimləri bal arıları üzərində apardıqları araşdırma nəticəsində xəstəlik zamanı bal arılarının sosial məsafə saxladıqlarını müəyyənləşdiriblər.

İslamazeri.com "Oxu.az"-a istinadla xəbər verir ki, London Universiteti alimləri bal arılarının da sosial məsafəyə riayət etdiyini bəyan ediblər.

Onlar bu qaydanın yalnız pətəklərin müxtəlif parazitlər tərəfindən təhlükə altına alındığı zaman tətbiq edildiyini bildiriblər.

Araşdırmanın gedişində sağlam və xəstəliyin yayıldığı pətəklərdəki arıların davranışları müqayisə olunub. İkinci halda həşəratların öz aralarında sosial məsafə saxladığı müəyyən edilib.

Belə ki, onlardan bir çoxu adətən arı kaloniyasının mərkəzində etdikləri hərəkətləri xeyli aralı məsafələrdə təkrarlayır, həmçinin toplayıcı arılar pətəkdən bir müddət uzaq gəzərək xəstəliyin yeni törəmiş gənc nəslə keçməsinin qarşısını almağa çalışırlar.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM