"Xaridəki ukraynalılar qışda ölkəyə qayıtmasınlar"

Yayınlanma tarixi: 25.10.2022 17:22:27

Xaricdə olan ukraynalılardan vətənlərinə geri qayıtmamaları və qışı hazırda olduqları ölkədə keçirməkləri istənilib.

İslamazeri.com TASS-a istinadən xəbər verir ki, bu çağırışla Ukraynanın Ukrayna nəzarətində olmayan ərazilərin reinteqrasiyası işləri naziri İrina Vereşuk çıxış edib.

“Qayıtmamağı xahiş edəcəyəm, biz qışı yaşayıb keçirməliyik. Təəssüf ki, şəbəkələr dözməyəcək“, – deyə o qeyd edib.

“Əgər xaricdə qalaraq qışı orada keçirmək imkanı varsa, o zaman bunu etmək lazımdır“, – deyə nazir ölkə xaricindəki milyonlarla ukraynalıya səslənib.

O hesab edir ki, indiki mərhələdə Ukraynaya geri dönmək qərarı verənlər isə həm özlərini, həm öz övladlarını, həm də öz yaxınlarını təhlükəyə ata bilərlər.

Vereşuk xəbərdarlıq edib ki, hazırda vəziyyətin yaxşılaşmasını gözləmək lazım deyil.

“Anlayırıq ki, vəziyyət pisləşəcək, qışı isə yaşayıb keçirmək lazımdır. Qışı yaşayıb keçirərik, o zaman qalan şeylər barədə düşünərik“, – deyə o əlavə edib.

GÜNÜN MANŞETLERİ