“Xarıbülbül” Festivalının keçiriləcəyi tarix məlum olub

“Xarıbülbül” Festivalının keçiriləcəyi tarix məlum olub
Yayınlanma tarixi: 9.02.2023 15:26:45

Bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.

“Xarıbülbül” VI Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix məlum olub.

İslamazeri.com xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nında əksini tapıb.

Festival bu ilin mayında keçiriləcək. Festivalın təşkili Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.

GÜNÜN MANŞETLERİ