Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:21.09.2022 18:18:43

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib.

Bu barədə "İslamazeri.com"a Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda xatırlanıb ki, Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün müsahibə elan olunub.

Mirnasir Mirbağır oğlu Nağıyev (imam), Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov (imam müavinləri) 02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə uğur qazanaraq müvafiq vəzifələrə təyin olunublar.

Qeyd edək ki, sözügedən məsciddə keçirilən təqdimatda Dövlət Komitəsi ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.


“Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ