WP: Tramp bir il ərzində minlərlə yalan və yanıltıcı açıqlama verib

WP: Tramp bir il ərzində minlərlə yalan və yanıltıcı açıqlama verib
Yayınlanma tarixi: 3/1/2026 9:29:32 PM

ABŞ prezidenti Donald Trampın vəzifədə olduğu müddətdə səsləndirdiyi bəyanatların doğruluq dərəcəsi mütəxəssislər tərəfindən "son dərəcə aşağı" qiymətləndirilib.

İslamazeri.com xəbər verir ki, aparılan fakt-yoxlama (fact-check) araşdırmaları göstərir ki, Trampın siyasi fəaliyyəti Amerika tarixində bənzəri olmayan bir "dezinformasiya kampaniyası" üzərində qurulub.

Müxtəlif hesabatlara və nüfuzlu media qurumlarının araşdırmalarına əsasən, Donald Tramp birinci prezidentlik dövründə on minlərlə yalan və ya çaşdırıcı bəyanat verib. "The Washington Post" qəzetinin "Fact Checker" məlumat bazasının statistikası bu mənzərəni daha aydın göstərir:

  • 2020-ci ilin noyabrınadək: 29,508 yanlış bəyanat.

  • Ümumi yekun hesabatlara görə: 30,573 yalan və ya manipulyasiya xarakterli ifadə.

Ekspertlər və siyasi şərhçilər Trampın bu davranışını Amerika siyasətində "görülməmiş hadisə" kimi xarakterizə edirlər. Hesabatlarda qeyd olunur ki, yalanın ardıcıllığı və sistemli xarakter daşıması Trampın həm iş, həm də siyasi fəaliyyətinin əsas fərqləndirici xüsusiyyətinə çevrilib.

Xüsusilə 2019-cu ilin iyun ayından etibarən bir çox aparıcı xəbər agentlikləri ehtiyatlı terminologiyadan imtina edərək, onun açıq-aşkar yanlış olan bəyanatlarını birbaşa "yalan" adlandırmağa başlayıblar.

Trampın tez-tez bir-birinə zidd bəyanatlar verməsi və sonradan bu dediklərini qətiyyətlə inkar etməsi də qeydə alınan faktlar arasındadır. Analitiklər vurğulayırlar ki, bu qədər çox sayda yanlış məlumatın təkrar-təkrar tirajlanması sadəcə səhv deyil, məqsədli şəkildə həyata keçirilən bir dezinformasiya kampaniyasıdır.

GÜNÜN MANŞETLERİ

Əhmədinejad sağdır
REGİON / İRAN

Əhmədinejad sağdır

3/1/2026 11:48:43 PM
İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

3/1/2026 9:44:01 PM
Ayətullah Cavadi Amuli: Ağır bir faciədir...
REGİON / İRAN

Ayətullah Cavadi Amuli: Ağır bir faciədir...

3/1/2026 9:18:13 PM
BGMİ Şeyxi və müftisindən başsağlığı
REGİON / GÜRCÜSTAN

BGMİ Şeyxi və müftisindən başsağlığı

3/1/2026 8:25:27 PM