Venesuelada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb

Venesuelada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb
Yayınlanma tarixi: 15.10.2022 12:39:46

Venesuelanın Araqua əyalətində oktyabrın 8-də yağan leysan yağışları nəticəsində baş verən torpaq sürüşmələri və daşqınlarda ölənlərin sayı 50-yə çatıb.

İslamazeri.com xəbər verir ki, Vətəndaşların Təhlükəsizliyi və Sülh üzrə vitse-prezidenti Remigio Ceballos Lçaso verdiyi açıqlamada, Las Tejeriasda axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib.

Fəlakətdə həyatını itirənlərin sayının 50-yə yüksəldiyini bildirən Lçaso, nə qədər vaxt aparsa da, axtarış-xilasetmə işlərinin davam edəcəyini bildirib.

Lçaso bildirib:

"Bolivar Milli Silahlı Qüvvələrinin dəstəyi ilə 3200 nəfər və 30 maşınla dağıntıların təmizlənməsi işləri davam edir. 

Prezident Nikolas Maduronun göstərişi ilə Qida, su, təhsil, səhiyyə, psixoloji dəstək, bir sözlə xalq üçün hər şey edilir".

Oktyabrın 12-də təbii fəlakət bölgəsinə səfər edən prezident Maduro faciənin böyüklüyünə diqqət çəkərək, ölənlərin sayının 100-ə çata biləcəyini bildirib.

Qeyd edək ki, Venesuelanın bəzi hissələri La Nina hava hadisəsi səbəbindən normadan artıq yağıntılar alır. 

Son 2 həftədə yağan leysan yağışları və onun yaratdığı fəlakətlə əlaqədar ölkədə 3 günlük “ümummilli matəm” elan edilib.

GÜNÜN MANŞETLERİ