"Üzr"dən sonra ABŞ İranla bu gün oynayacaq - DÇ

Yayınlanma tarixi: 29.11.2022 10:27:31

Amerika futbol federasiyasının instaqram səhifəsi “Allah” simvolunu İran bayrağından silməsi, İran tərəfinin etirazına səbəb olmuşdu

İslamazeri.com xəbər verir ki, İranın futbol federasiyası FİFA-ya göndərdiyi email-də Beynəlxalq Futbol Federasiyasının Amerika futbol federasiyasına qarşı addım atmağa çağırmışdı.

FİFA-nın əsasnaməsinin on üçüncü fəslinin birinci bəndinə əsasən, hər bir şəxs və ya orqan, federasiyaya üzv ölkələrdən birinin dini və milli nişanələrinə hörmətsizlik və təcavüz edərsə, minimum on oyun keçirməkdən məhrum olmalıydı, lakin ABŞ komandası haqqında belə qərar olmadı.

ABŞ milli yığmasının baş məşqçisi Qreq Berhalter (Gregg Berhalter) İranın dövlət bayrağının təhrif edilməsinə görə üzr istəyib.

Mətbuat konfransında bu qalmaqalla onun əlaqəsinin olmadığını və ancaq matça fikirlərini cəm elədiyini bildirib.

Berhalter İran komandasını "yaxşı komanda" olaraq dəyərləndirərək, gözəl bir matç olacağını da qeyd edib.

Bu gün Qətərin "Al Tumama" stationunda saat 23:00-da İran və ABŞ millisi üz-üzə gələcək.

GÜNÜN MANŞETLERİ