ÜST: "Epidemiya o zaman bitəcək ki,..."

ÜST:
Yayınlanma tarixi: 25.10.2021 18:32:30

"Bizim əlimizdə lazımlı bütün vasitələr mövcuddur".

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus, qlobal miqyasda vaksinasiya  bərabərsizliyinə diqqət  çəkib.  Bu  vəziyyətdə  epidemiyadan  xilas olmanın  çətin  olduğunu  vurğulayıb.

İslamazeri.com-un Sputnikə  istinadən verdiyi xəbərə  görə Baş direktor  Qebreyesus  dünən   Almaniyada başlayan Ümumdünya Səhiyyə Sammitinin açılış mərasimində  etdiyi çıxışında bu barədə danışıb. Baş katib “Epidemiya nə vaxt bitəcək?” sualına  cavabən: “fikrimcə dünya epidemiyanı bitirməyi seçəndə. Bu bizdən  asılıdır. Bizim  əlimizdə  lazımlı bütün vasitələr, effektiv ictimai səhiyyə vasitələri və effektiv tibbi alətlər mövcutdur. Lakin dünya bu vasitələrdən istifadə etmir. Həftədə təxminən 50 min doza ilə epidemiyanı bitirmək qeyri mümkündür. Bildiyiniz kimi, biz bu ilin sonuna kimi hər bir ölkədə  əhalinin   ən az 40 faizinə  peyvənd  tətbiqini  planladıq. G20 və   əhalisinin 40% faizi  peyvənd  olunmuş  ölkələr  daha  Covid-19 peyvəndi  təmin  etmək sıralarını ehtiyacı olan digər ölkələrə verməlidilər. Epidemiyadan  xilas olmanın  yeganə  yolunun belə  güzətlərlərdən   asılı  olduğunu  idrak  etməliyik”-deyə   Qebreyesus  vurğulayıb.

FOTO

GÜNÜN MANŞETLERİ