Ukraynaya məxsus raket Belarus ərazisinə düşüb

Ukraynaya məxsus raket Belarus ərazisinə düşüb
Yayınlanma tarixi: 30.12.2022 10:24:22

İlkin məlumata görə, insident zamanı xəsarət alan olmayıb.

Ukraynaya məxsus “S-300” sisteminə aid raket Belarus ərazisinə düşüb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Belarusun “Belta” xəbər agentliyi yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko dərhal insident barədə məlumatlandırılıb.

Məlumata əsasən, Belarusun İstintaq Komitəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarından ibarət mütəxəssislər qrupu hadisənin səbəblərini araşdırır.

İlkin məlumata görə, insident zamanı xəsarət alan olmayıb.

Raketin səhv yerə uçduğu və ya uçan raketin Belarus hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuş ola biləcəyi qeyd edilib.

Raketin hansı bölgəyə düşdüyü ilə bağlı məlumat verilməyib.

GÜNÜN MANŞETLERİ