Ukraynanın 10 milyon sakini işıqsız qalıb

Ukraynanın 10 milyon sakini işıqsız qalıb
Yayınlanma tarixi: 18.11.2022 09:45:35

"Hazırda Ukraynanın 10 milyon sakini işıqsızdır."

İslamazeri.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Bu saat üçün 10 milyon ukraynalı işıqsızdır", - deyə o qeyd edib.

Zelenskinin sözlərinə görə, ən çox elektrik enerjisinin kəsintisi Vinnitsa, Odessa, Sum vilayətlərində, həmçinin Kiyevdə qeydə alınıb.

Xatırladaq ki, 17 noyabrda Kiyevdə rekord həddə fövqəladə elektrik enerjisi kəsintisi qeydə alınıb.

GÜNÜN MANŞETLERİ