Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlib

Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlib
Yayınlanma tarixi: 1/30/2023 12:38:35 PM

Nazir bildirib ki, səfərin məqsədi Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığı gücləndirməkdir.

Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

İslamazeri.com xəbər verir ki, yanvarın 30-da nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.

Nazir bildirib ki, səfərin məqsədi Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığı gücləndirməkdir.

Səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə M.Özer arasında görüş olacaq.

M.Özer jurnalistlərə açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib.

GÜNÜN MANŞETLERİ

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var

5/22/2026 2:37:59 PM
Sabah 28 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 28 dərəcə isti olacaq

5/22/2026 1:12:00 PM