Türkiyə, Suriya, İran və Rusiya rəsmiləri Moskvada görüşəcək

Türkiyə, Suriya, İran və Rusiya rəsmiləri Moskvada görüşəcək
Yayınlanma tarixi: 4/24/2023 12:39:24 PM

Türkiyə, Suriya, İran və Rusiya rəsmiləri Moskvada görüşəcək.

Sabah Moskvada Suriya, Türkiyə, İran və Rusiya rəsmilərinin – Müdafiə Nazirlikləri və Kəşfiyyat Xidmətlərinin başçılarının 4-tərəfli görüşü keçiriləcək.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar məlumat verib.

O xatırladıb ki, 2022-ci il 28 dekabrda da Moskvada Türkiyə, Rusiya və Suriya müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin başçılarının 3-tərəfli görüşü keçirilmişdi və həmin görüşün yekununda qarşılıqlı dialoqun davam etdirilməsinə dair qərar qəbul edilmişdi.

Nəticədə dialoqa İranın da qoşulması haqda razılıq əldə edilmişdi. 4-tərəfli formatdakı danışıqlara hazırlıq başladı. 25 apreldə Moskvada regiondakı problemlərin yoluna qoyulması və uzunmüddətli sülh və sabitliyin yaxınlaşdırılması məqsədilə görüş baş tutacaq“, – deyə Akar bildirib.

Onun sözlərinə görə, artıq Moskva görüşündən sonra müsbət proseslər baş verə bilər.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM