Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri bir araya gələcək

Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri bir araya gələcək
Yayınlanma tarixi: 15.11.2022 11:20:31

Noyabrın 22-23 tarixlərində Qazaxıstanın paytaxtı Astanada Suriya ilə bağlı Astana danışıqlarının qarant ölkələri olan Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri bir araya gələcək.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Aybek Smadiyarov Qazaxıstan Xarici İşlər Nazirliyinin həftəlik mətbuat konfransında verdiyi açıqlamada bildirib:

“Suriya üzrə XIX Astana danışıqları noyabrın 22-23 tarixlərində paytaxt Astanada keçiriləcək və qarant ölkələr olan Türkiyə, Rusiya və İran nümayəndə heyətləri burada bir araya gələcək".

Suriya hökuməti ilə müxalifətin də iştirak edəcəyi görüşlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Qeir O.Pedersen də olacaq.

BMT, İordaniya , Livan və İraq danışıqlarda müşahidəçi qismində iştirak edəcəklər.

İki gün davam edəcək danışıqlarda Suriyadakı ümumi vəziyyət, humanitar, sosial, iqtisadi problemlər, girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı kimi məsələlər müzakirə olunacaq.

Suriyalı qaçqınların vətənlərinə qayıtmaları üçün şərtlər, ölkənin yenidən qurulması üçün BMT Təhlükəsizlik Şurasının 2642 saylı qətnaməsi çərçivəsində beynəlxalq ictimaiyyətin səylərini səfərbər etmək kimi mövzular barədə də fikir mübadiləsi aparılacaq.

Qarant ölkələrin nümayəndə heyətləri ilə BMT-nin Qaçqınlar üzrə Mərkəzi Komissarlığı və Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri arasında isə məhbuslarla bağlı işçi qrupların görüşləri keçiriləcək.

GÜNÜN MANŞETLERİ