Türkiyə, Rusiya və İran nümayəndə heyətləri Astanada bir araya gəlib

Türkiyə, Rusiya və İran nümayəndə heyətləri Astanada bir araya gəlib
Yayınlanma tarixi: 23.11.2022 10:24:33

Suriya böhranının həlli üçün qurulan Astana danışıqlarının qarantı olan Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Astanada 19-cu dəfə bir araya gəlib.

İslamazeri.com xəbər verir ki, danışıqlar Astanada bir oteldə Rusiya və Suriya hökumət nümayəndə heyətlərinin ikitərəfli görüşü ilə başlayıb.

Türkiyə nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi nümayəndəsi Geir O.Pedersen ilə danışıqlar çərçivəsində ilk görüşünü keçirib.

Türkiyəni Xarici İşlər Nazirliyinin Suriya üzrə xüsusi nümayəndəsi Səlcuq Ünalın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Görüşlərdə İordaniya, İraq və Livanın müşahidəçi statusuna malik nümayəndə heyətləri də var.

İki günlük görüşlərdə tərəflər Suriyadakı ümumi vəziyyətlə bağlı humanitar və sosial-iqtisadi məsələlər də daxil olmaqla, siyasi prosesin hərtərəfli təşviqi, girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı, təhlükəsizlik qüvvələrinin yaradılması kimi etimadın möhkəmləndirilməsi, suriyalı qaçqınların vətənlərinə qayıtması üçün şərtlər, 2642 saylı qətnamə çərçivəsində BMT Təhlükəsizlik Şurasının yenidən qurulması üçün beynəlxalq ictimaiyyətin səylərini səfərbər etmək kimi məsələlər müzakirə edir.

GÜNÜN MANŞETLERİ