Tunis parlamentinin keçmiş sədri Rəşid Qənnuşi saxlanılıb

Tunis parlamentinin keçmiş sədri Rəşid Qənnuşi saxlanılıb
Yayınlanma tarixi: 18.04.2023 16:08:24

Ən-Nəhda Hərəkatının icraçı kadrlarından biri və keçmiş xarici işlər naziri Refik Əbdüsselam Qənnuşinin evinə basqından sonra saxlanıldığını açıqlayıb.

Tunisdə Ən-Nəhda hərəkatının lideri və Tunis parlamentinin keçmiş sədri Rəşid Qənnuşi evinə təhlükəsizlik qüvvələri tərəfindən basqın etdikdən sonra saxlanılıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ən-Nəhda Hərəkatının icraçı kadrlarından biri və keçmiş xarici işlər naziri Refik Əbdüsselam Qənnuşinin evinə basqından sonra saxlanıldığını açıqlayıb.

Ən-Nəhda Hərəkatından verilən yazılı açıqlamada ölkədəki müxalifətə “müxalifət siyasətçilərinin hüquq və azadlıqlarına qarşı edilən pozuntulara və təzyiq tətbiqlərinə qarşı birlikdə olmağa” çağırış edilib.

Açıqlamada Qənnuşinin saxlanılmasının “xeyli təhlükəli hadisə” kimi qiymətləndirilərək pislənilib və Ən-Nəhda liderinin dərhal azadlığa buraxılması tələb olunub.

Rəsmi orqanlar Qənnuşinin saxlanması ilə bağlı hələlik açıqlama verməyib.

Bu arada, Tunisdəki Ən-Nəhda Hərəkatının Baş Qərargahının binasının axtarış üçün təhlükəsizlik qüvvələri tərəfindən boşaldıldığı bildirilib.

Ən-Nəhda Hərəkatının siyasi müşaviri Riyad əş-Şuaybi paytaxt Tunisdəki qərargahlarında aparılan axtarışla bağlı yazılı açıqlama yayıb.

Şuaybi öz açıqlamasında “Təhlükəsizlik qüvvələrinin Ən-Nəhda Hərəkatının Qərargahımıza qarşı apardığı axtarışlar partiya işinin və birləşmək azadlığının açıq şəkildə pozulmasıdır. Qərargahımız axtarış aparmaq üçün bir neçə günlük təhlükəsizlik qüvvələri tərəfindən boşaldıldı” ifadələrindən istifadə edib.

GÜNÜN MANŞETLERİ