"Fələstin ərəb ölkələrinin əsas məsələsidir"
Ərəb Liqası liderlərinin toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına gedən Kays Səid, Cümə axşamı axşam Səudiyyə Ərəbistanının Ciddə şəhərində Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüş zamanı bildirib ki, Fələstin xalqının davası bundan sonra da ərəb ölkələrinin əsas məsələsi olacaq.
İslamazeri.com xəbər verir ki, Tunis prezidenti deyib: “Hər hansı bir azadlıqsevər ərəb vətəndaşı Fələstin məsələsini heç vaxt unutmayacaq.
Bəşəriyyətin Fələstin xalqına hakim olan bu qaranlığın (İsrailin) bitməli olduğunu və zaman keçdikcə Fələstinin haqqının itirilməyəcəyini bilməsinin vaxtı gəldi".
Ərəb xarici işlər nazirləri 2023-cü il mayın 7-də Qahirədə keçirdikləri fövqəladə iclasda Suriyanın Ərəb Liqasına qaytarılması ilə bağlı razılığa gəliblər və o vaxtdan Suriya nümayəndə heyətlərinin bu birliyin iclaslarında iştirakı bərpa olunub.
Ərəb Liqası 2011-ci ilin noyabrında Dəməşqin üzvlüyünü dayandırıb və Dəməşqə qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edib.
Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərşənbə günü günorta Suriya xarici işlər nazirinin Ciddəyə gəlişi ilə başlayıb.