Tramp: Əfqanıstanı tərk etmə şəklimiz utancverici oldu

Tramp: Əfqanıstanı tərk etmə şəklimiz utancverici oldu
Yayınlanma tarixi: 24.04.2023 19:44:41

"ABŞ-ın Əfqanıstandakı mövcudluğu kifayət idi, lakin ABŞ ləyaqətli və güclü çıxış şansını əldən verdi"

“ABŞ-ın 2021-ci ildə Əfqanıstanı tərk etməsindən sonra Vladimir Putin bir az daha iddialı olub”.

İslamazeri.comxarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp amerikalı hüquqşünas və Fox News telekanalının aparıcısı Mark Levinə müsahibəsində deyib.

Tramp daha sonra deyib:

"Düşünürəm ki, bu, Əfqanıstandan çıxmağın ən utanc verici dövrü idi və mən əslində Rusiya prezidenti Vladimir Putinin bundan sonra bir az daha cəsarətləndiyini düşünürəm.

ABŞ-ın Əfqanıstandakı mövcudluğu kifayət idi, lakin ABŞ ləyaqətli və güclü çıxış şansını əldən verdi.

ABŞ Ordusunun Baş Qərargah rəisi, general Mark Milley də getdiyi üçün hərbi mühakimə ilə üzləşməlidir. Mən gedəndə belə oldu. Milley hərbi mühakimə olunmalıdır. Çünki bu gedişin məsuliyyəti onlardadır”.

GÜNÜN MANŞETLERİ