Terror təşkilatı Boko Haramın Nigeriyanın şimal-şərqində bir kəndə təşkil etdiyi hücum nəticəsində 17 nəfər həyatını itirib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, yerli media orqanlarının yaydığı məlumata əsasən, terror təşkilatının üzvləri Borno əyalətinin Airamne kəndinə hücum ediblər.
Hücumda 17 çobanın öldürüldüyü, terrorçuların çobanlara aid mal-qaranı oğurladığı bildirilib.
2009-cu ildən bəri mövcudluğunu davam etdirən terror təşkilatı Boko Haramın törətdiyi hücumlar nəticəsində 20 mindən çox insan həlak olub.
Terror təşkilatı 2015-ci ildən etibarən Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib.
Təşkilatın Çad gölü hövzəsində törətdiyi hücumlarda azı 2000 adam həyatını itirib.