Təl-Əvivdə Netanyahu əleyhinə etirazlar

Təl-Əvivdə Netanyahu əleyhinə etirazlar
Yayınlanma tarixi: 15.01.2023 11:05:42

Təl-Əvivdə toplaşan on minlərlə insan Benyamin Netanyahunun kabinetinin “məhkəmə sistemini zəiflətmək” cəhdlərinə və ifrat sağçı siyasətlərə etiraz edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsrail mediasının məlumatına görə, iki həftə ardıcıl olaraq şənbə günləri Netanyahu kabinetinə qarşı nümayişlərə şahidlik edən Təl-Əvivin mərkəzindəki Həbimə meydanında keçirilən nümayişə təxminən 80 min adam qatılıb.

Nümayişçilər Netanyahu, ifrat sağçı və irqçi siyasətləri ilə tanınan milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç kimi kabinet üzvlərinə reaksiya veriblər.

Meydanda Netanyahunu "cinayətkar baş nazir" kimi təsvir edən plakatlar daşıyan nümayişçilər "İsrail diktatura deyil", "Netanyahu təhlükəli, korrupsioner və irqçidir" və "Ben-Qvir və Smotriç fəlakətdir" şüarları səsləndirərək, Netanyahunu istefaya çağırıb.

GÜNÜN MANŞETLERİ