TDT-nin müsəlman dini liderlərinin üçüncü görüşü keçirilir

TDT-nin müsəlman dini liderlərinin üçüncü görüşü keçirilir
Yayınlanma tarixi: 19.10.2022 15:35:30

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin üçüncü görüşü keçirilir.

İslamazeri.com xəbər verir ki, görüşdə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gəlib.

Oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, Birgə Bəyanat qəbul ediləcək.

GÜNÜN MANŞETLERİ