TDT-nin müsəlman dini liderləri Şəhidlər xiyabanını ziyarət edib

TDT-nin müsəlman dini liderləri Şəhidlər xiyabanını ziyarət edib
Yayınlanma tarixi: 19.10.2022 13:15:20

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.

“İslamazeri.com”un xəbərinə görə, nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına və Türk şəhidliyinə gedən din xadimləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

GÜNÜN MANŞETLERİ