Taxtakörpü-Ceyranbatan kanalının bərpasına xərclənəcək vəsait açıqlanıb

Taxtakörpü-Ceyranbatan kanalının bərpasına xərclənəcək vəsait açıqlanıb
Yayınlanma tarixi: 19.10.2022 10:58:01

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC Samur-Abşeron Kanalının İstismarı İdarəsi qalib şirkətlə 1 milyon 594 min 352.26 AZN dəyərində müqavilə imzalayacaq.

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC Samur-Abşeron Kanalının İstismarı İdarəsi Taxtakörpü-Ceyranbatan kanalında sementləmə aparılması işlərinin satın alınması üzrə tenderə yekun vurub.

İslamazeri.com bu barədə vahid dövlət elektron satınalmaları portalına istinadən xəbər verir.

Məlumata görə, tenderin qalibi "RASSA" MMC seçilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC Samur-Abşeron Kanalının İstismarı İdarəsi qalib şirkətlə 1 milyon 594 min 352.26 AZN dəyərində müqavilə imzalayacaq. Müqaviləyə əsasən təmir-bərpa işləri bir il müddətinə yekunlaşdırılmalıdır.

GÜNÜN MANŞETLERİ