Talibandan qadınlarla bağlı növbəti qadağa

Talibandan qadınlarla bağlı növbəti qadağa
Yayınlanma tarixi: 26.12.2022 10:35:18

Taliban müvəqqəti hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdürrəhman Həbib deyib ki, nazirliyin sözügedən qərarı ölkədəki bütün QHT-lərə göndərib və bu qərara əməl olunmalıdır.

İslamazeri.com xəbər verir ki, Taliban Əfqanıstanda fəaliyyət göstərən yerli və ya xarici qeyri-hökumət təşkilatlarında (QHT) qadın işçilərin işə götürülməsini növbəti xəbərdarlığa qədər dayandırıb.

Taliban müvəqqəti hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdürrəhman Həbib deyib ki, nazirliyin sözügedən qərarı ölkədəki bütün QHT-lərə göndərib və bu qərara əməl olunmalıdır.

Həbib qərarın əcnəbi qadın işçiləri əhatə edib-etməməsi sualını cavabsız qoyub.

Nazirliyin açıqlamasında bildirilir ki, bu müəssisələrdə çalışanlardan Taliban hökumətinə “qadınların örtmə qaydalarına düzgün əməl etməmələri” ilə bağlı çoxlu şikayətlər daxil olub.

Bəyanatda qeyd olunub ki, qadın kadrlarının işinə xitam verməyən QHT-lərin lisenziyaları ləğv ediləcək.

Xatırladaq ki, Taliban müvəqqəti hökumətinin Ali Təhsil Nazirliyi dekabrın 20-də Əfqanıstandakı bütün dövlət və özəl universitetlərə göndərdiyi təlimatla tələbə qızların təhsilinin növbəti xəbərdarlıqa qədər dayandırıldığını bildirib.

Qeyd edək ki, 2021-ci il avqustun 15-də Taliban Əfqanıstan hakimiyyətinə gəldikdən sonra dövlət və özəl sektorda çalışan qadınların çoxu işsiz qalıb.

GÜNÜN MANŞETLERİ