Suriyadan gətirilən 16 nəfərlə bağlı reabilitasiya tədbirlərinə başlanıb

Suriyadan gətirilən 16 nəfərlə bağlı reabilitasiya tədbirlərinə başlanıb
Yayınlanma tarixi: 11/26/2022 11:17:35 AM

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq Suriyadan daha 16 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Bu barədə "İslamazeri.com"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən repatriantların qarşılanması və müvafiq olaraq sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib:

“Müəssisəyə yerləşdirilmiş şəxslərə ilkin qayğı göstərilib və sosial reabilitasiya xidmətinə başlanıb.

İlkin olaraq repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirməsi həyata keçirilir. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanır, daha sonra sosial işçi və psixoloq tərəfindən sosial reabilitasiya prosesi başlayır.

Sosial adaptasiya prosesinin aparılması və müəssisədə olduqları müddətdə asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar müxtəlif fəaliyyətlərə cəlb edilir.

Bu günədək İraq və Suriyadan 380-i uşaq, 29-u qadın olmaqla 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib”.

GÜNÜN MANŞETLERİ

İğdırdan İrana dəstək olaraq avtoyürüş - VİDEO
REGİON / TÜRKİYƏ

İğdırdan İrana dəstək olaraq avtoyürüş - VİDEO

4/13/2026 2:17:37 PM
Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

4/13/2026 2:00:40 PM
Bakıda daha iki ərazidə yollar təmir edilib
ÖLKƏ / MÜXTƏLİF

Bakıda daha iki ərazidə yollar təmir edilib

4/13/2026 1:56:01 PM
İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzada mülki vətəndaşları öldürməyə davam edir

4/13/2026 1:35:06 PM