Suqovuşan su anbarına balıq körpələri buraxılıb

Suqovuşan su anbarına balıq körpələri buraxılıb
Yayınlanma tarixi: 16.11.2022 11:39:28

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 200 000 çəkikimi balıq körpəsi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına buraxılıb.

Bu barədə "İslamazeri.com"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 400 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb:

“Balıq ehtiyatlarının artırılması məqsədilə təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək”.

GÜNÜN MANŞETLERİ