"Sumqayıt" futbol klubu cərimə olunub

Yayınlanma tarixi: 10/29/2021 2:16:48 PM

"Sumqayıt" klubunun futbolçusu Murad Xaçayev və baş məşqçi Ayxan Abbasov cəzalandırılıb.

İslamazeri.com "Report"-a istinadən xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Xaçayev səfərdə "Sabah" komandasına 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.

Oyun sonrası mətbuat konfransında isə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlədib. Bu səbəbdən, klub 1600 manat ziyana düşüb.

FOTO

GÜNÜN MANŞETLERİ

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda təcili yardım heyətinə hücum edib: Ölənlər var

5/22/2026 2:37:59 PM
Sabah 28 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 28 dərəcə isti olacaq

5/22/2026 1:12:00 PM