Sülhməramlıların əvəz edilməsi Azərbaycanla razılaşdırılmalıdır - Lavrov

Sülhməramlıların əvəz edilməsi Azərbaycanla razılaşdırılmalıdır - Lavrov
Yayınlanma tarixi: 23.12.2022 20:37:53

"Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin ünvanına səslənən ittihamlar əsassızdır." - Rusiya XİN başçısı

"Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin ünvanına səslənən ittihamlar əsassızdır."
İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın "Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirmir" ittihamına münasibət bildirərkən deyib.
"Kimsə düşünürsə ki, BMT, ATƏT, hansısa Minsk Qrupunun sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etməlidir, o zaman bu, tərəflərlə, ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır", - Lavrov vurğulayıb.
Lavrov vurğulayıb ki, əgər Bakı və İrəvan Rusiya sülhməramlılarının xidmətlərindən imtina etmək istəsələr, danışıqlar masası arxasına oturub başqa variant haqqında düşünə bilərlər.

GÜNÜN MANŞETLERİ