Sudanda qarşıdurmalar davam edir

Sudanda qarşıdurmalar davam edir
Yayınlanma tarixi: 5/8/2023 1:57:52 PM

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında qarşıdurmalar davam edir.

Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında qarşıdurmalar davam edir.

İslamazeri.com xəbər verir ki, paytaxt Xartum dünən ağır toqquşmalara şahid olarkən, iki tərəf Səudiyyə Ərəbistanının Ciddə şəhərində danışıqları davam etdirir.

Şahidlərin sözlərinə görə, paytaxtın mərkəzində Prezident Sarayı və Ordu Baş Komandanlığı ətrafında güclü artilleriya atəşi eşidilib, ordunun döyüş təyyarələri Umdurman bölgəsində xüsusi təyinatlıların nəzarətində olan bəzi nöqtələri vurub.

Bəhri bölgəsində isə qarşıdurma səbəbindən bəzi fabriklərdə yanğın baş verib.

Hərbçilər mayın 3-də atəşkəs rejiminin bir həftə uzadılmasını təklif edən Şərqi Afrikada İnkişaf üzrə Hökumətlərarası Təşkilatın təşəbbüsünü qəbul etdiklərini elan ediblər.

Mayın 5-də xüsusi təyinatlılar isə humanitar yardım dəhlizlərinin açılması, vətəndaşların və sakinlərin gediş-gəlişinin asanlaşdırılması, ehtiyaclarının ödənilməsi və təhlükəsiz bölgələrə çatması üçün ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə atəşkəs rejiminin daha 72 saat uzadıldığını açıqlayıb.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM