Sudanda məcburi köçkünlərin sayı 330 min nəfəri ötüb

Sudanda məcburi köçkünlərin sayı 330 min nəfəri ötüb
Yayınlanma tarixi: 3.05.2023 11:53:13

Beynəlxalq Miqrasiya Təşkilatı Sudandakı qarşıdurma səbəbindən təxminən 334 min insanın məcburi köçkün vəziyyətinə düşdüyünü açıqlayıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, BMT-nin Cenevrədəki ofisinin sözçüsü Alessandra Velluccinin moderatorluğu ilə keçirilən həftəlik mətbuat konfransında aprelin 15-dən etibarən Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında davam edən qarşıdurmalarla bağlı son vəziyyət qiymətəndirilib.
Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Paul Dillon bildirib ki, Sudanda münaqişələr səbəbindən təxminən 334 min məcburi köçkün var.
Paul Dillon məcburi köçkünlərin təxminən 72 faizinin Darfur bölgəsindən olduğunu deyib.
Sudanda silahlı toqquşmalar aprelin 15-də başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlərin davam etdiyi müddətdə 500-dən çox insan həlak olub, 4,5 min nəfər isə yaralanıb.

GÜNÜN MANŞETLERİ