Sudanda 72 saatlıq atəşkəs üçün razılıq əldə edilib

Sudanda 72 saatlıq atəşkəs üçün razılıq əldə edilib
Yayınlanma tarixi: 25.04.2023 12:42:09

Sudanda 72 saatlıq atəşkəs üçün razılıq əldə edilib.

ABŞ dövlət katibi Antoni Blinken Sudandakı tərəflərin aprelin 24-ü gecə yarısından başlayaraq ölkə daxilində 72 saatlıq atəşkəs üçün razılaşdıqlarını açıqlayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Blinken, Sudandakı qarşıdurma ilə bağlı verdiyi yazılı açıqlamada "Son 48 saat ərzində davam edən gərgin danışıqlardan sonra Sudan Silahlı Qüvvələri və xüsusi təyinatlılar aprelin 24-ü gecə yarısından başlayacaq və 72 saat ölkə miqyasında qüvvədə olacaq atəşkəsin tətbiqi ilə bağlı razılığa gəldilər" deyib.

ABŞ-ın bu müddət ərzində tərəfləri atəşkəsə tam əməl etməyə çağırdığını bildirən Blinken, “Münaqişənin daimi olaraq dayandırılmasını dəstəkləmək üçün ABŞ regional və beynəlxalq tərəfdaşları və sudanlı mülki tərəflərlə koordinasiyalı şəkildə çalışacaq və Sudanda daimi atəşkəs və humanitar vəziyyətlə bağlı danışıqlara nail olmağa çalışacaq, layihənin yekunlaşdırılması və icrasına nəzarət edəcək komitənin yaradılmasına kömək edəcək" deyib.

Blinken Sudandakı münaqişə tərəfləri və tərəfdaşları ilə mülki idarəçiliyə qayıtmaq məqsədi ilə işləməyə davam edəcəklərini bildirib.

Digər tərəfdən, xüsusi təyinatlıların tviter hesabından edilən paylaşımda ABŞ-ın vasitəçiliyi ilə atəşkəsi qəbul etdikləri bildirilib.

Açıqlamada atəşkəsin humanitar dəhliz yaratmaq, münaqişə bölgəsini tərk etmək, xəstəxanalara və təhlükəsiz bölgələrə çatmaq, diplomatik nümayəndəliklərin boşaldılması üçün qəbul edildiyi vurğulanıb.

GÜNÜN MANŞETLERİ