Somalidə Əş-Şəbab terrorçuları hərbi bazaya hücum edib

Somalidə Əş-Şəbab terrorçuları hərbi bazaya hücum edib
Yayınlanma tarixi: 7.11.2022 16:02:50

Terror təşkilatı Əl-Şəbabın Somalidəki hərbi bazaya hücumu nəticəsində 5 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

İslamazeri.com xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Əl-Şəbab üzvləri ölkənin Qalmuduq bölgəsindəki hərbi bazaya hücum ediblər.

Hücum nəticəsində azı 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hücum 2 bomba yüklü maşınla həyata keçirilib və partlayışlardan sonra təhlükəsizlik qüvvələri ilə Əl-Şəbab üzvləri arasında 3 saatlıq qarşıdurma baş verib.

Münaqişədən sonra geri çəkilmək məcburiyyətində qalan “Əş-Şəbab” üzvlərinin hərbi bazaya daxil olmaq cəhdləri baş tutmayıb.

Qeyd edək ki, son həftələr Somalidə Əl-Şəbab üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar intensivləşib.

GÜNÜN MANŞETLERİ