Yaponiya hökuməti və Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın ballistik raket sınaqları keçirdiyini açıqlayıb.
Yaponiya hökuməti və Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın ballistik raket sınaqları keçirdiyini açıqlayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə,Şimali Koreyanın ballistik raketləri Yaponiya iqtisadi zonası sərhədində dənizə düşüb.
Yaponiya Sahil Mühafizə Xidmətinin verdiyi açıqlamada raketin düşdüyü bölgədə hərəkət edən hava və dəniz nəqliyyat vasitələrinə heç bir ziyanın dəymədiyi bildirilib.
Yaponiya NHK telekanalının məlumatına görə, Pxenyan administrasiyası ilin əvvəlindən etibarən 36 dəfə raket sınağı həyata keçirib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsindən verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 16:32-də Sunan bölgəsindən Yapon dənizi (Şərq dənizi) istiqamətində iki ballistik raket atdığı qeyd edilib.