Sərhəddə bir ayda 937 min manatlıq qaçaqmal saxlanılıb

Sərhəddə bir ayda 937 min manatlıq qaçaqmal saxlanılıb
Yayınlanma tarixi: 1.11.2022 12:29:13

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilib.

Oktyabr ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 39 kq 036 qram narkоtik vasitə, 759 ədəd psixotrop həblər aşkarlanaraq götürülüb.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 937 min 318 manat оlan qaçaqmal, о cümlədən spirtli içki və tütün məmulatları saxlanılıb.

GÜNÜN MANŞETLERİ