Serbiyada növbəti hücum, 8 nəfər öldü

Serbiyada növbəti hücum, 8 nəfər öldü
Yayınlanma tarixi: 5.05.2023 12:28:51

Serbiyada 9 nəfərin ölümü ilə nəticələnən məktəbə hücumdan sonra növbəti silahlı hücum olub.

Paytaxt Belqradın yaxınlığındakı Mladenvac qəsəbəsində 21 yaşlı gənc hərəkətdə olan avtomobildən ətrafdakı insanlara atəş açıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb. Hücum edən şəxs eyni avtomobillə qaçıb. Hadisədən sonra əraziyə çoxlu sayda polis cəlb olunub. İnsdenti törədənin tapılması üçün helikopterlər və pilotsuz uçuş aparatlarının qatıldığı əməliyyata başlanılıb.

Serbiyanın daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.

 Mayın 3-də fərdi silahlanmanın adi hal aldığı Serbiyada 13 yaşlı bir cinayətkar məktəbə basqın edərək 8 şagirdi və bir mühafizəçini öldürüb.

GÜNÜN MANŞETLERİ